Modern.az

Bakıda 2 avtobus toqquşdu - Xəsarət alanlar var

Bakıda 2 avtobus toqquşdu - Xəsarət alanlar var

Aktual

30 İyul 2024, 17:40

Bakıda avtobus qəzası baş verib. Hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb. 36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

 

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu