Modern.az

Karateçilərimiz dünya çempionatında 18 medal qazanıblar

Karateçilərimiz dünya çempionatında 18 medal qazanıblar

Təhsil

28 Noyabr 2013, 00:22

Azərbaycan karateçiləri İtaliyanın Berqamo şəhərində keçirilən dünya çempionatında möhtəşəm qələbə qazanıblar. WKC növlərində yarışan idmançılarımız Vətənə 18 medalla qayıdıblar.

Modern.az Kəpəz TV-yə istinadən məlumat verir ki, noyabrın 27-də Vətənə qayıdan idmançıları yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. WKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının prezidenti Nürəddin Quliyev nəticələrdən razı qalıb.

Döyüşçülər nəticənin heç də asan əldə olunmadığını və yarışın çox ciddi təşkil edildiyini deyiblər.

Komandanın tərkibində İtaliyaya yollanan xanımlarımız da əliboş dönməyib - 2 qızıl medal.

Qeyd edək ki, Azərbaycan yarışda 19 karateçi və 1 hakimlə təmsil olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU