Modern.az

Zabrat-Məhəmmədi yolunda qəza - Ölən var

Zabrat-Məhəmmədi yolunda qəza - Ölən var

31 İyul 2024, 09:06

Sabunçuda 2 maşın toqquşub, ölən var.

 

Modern.az xəbər verir ki, hadisə Zabrat-Məhəmmədi yolunda qeydə alınıb.

 

Musayev Elçin Yadigar idarə etdiyi "Kia Rio" markalı avtomobillə Həsənzadə Orxan Azər oğlunun idarə etdiyi "Chevrolet Epica" avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində "Kia Rio" da olan sərnişin 1979-cu il təvəllüdlü Əsgərov Elnur Vahid oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

Fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB