Modern.az

Türkiyəli rektorlar Tibb Universitetində qonaq olub - FOTOLAR

Türkiyəli rektorlar Tibb Universitetində qonaq olub - FOTOLAR

Təhsil

28 Noyabr 2013, 10:11

Türkiyənin müxtəlif universitetlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Qonaqlar ATU-nun Tədris-Cərrahiyyə Klinikası ilə tanış olublar, buradakı tədris və laboratoriya otaqlarını gəziblər.

  Nümayəndə heyəti ilə görüşdə rektor, akademik Əhliman Əmiraslanov Tibb Universitetinin tarixi, fəaliyyəti, nailiyyətləri haqqında çıxış etdi. Rektor yaxın gələcəkdə ATU-da həyata keçiriləcək yeni layihələrdən də söz açdı.  

Görüş zamanı Türkiyənin Medipol Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu sənəd hər iki universitet həkim-müəllimlərinin təcrübə mübadiləsini nəzərdə tutur. Türkiyənin İstanbul Universitetinin rektoru Yunus Söylet isə 2015-ci ildə Uro-onkologiya üzrə beynəlxalq  konqresin  Bakıda keçirilməsini təklif etdi. Konqresin Tibb Universitetində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olundu.













Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU