Modern.az

Bakının bir neçə rayonuna içməli suyun verilməsində fasilələr olacaq

Bakının bir neçə rayonuna içməli suyun verilməsində fasilələr olacaq

Təhsil

28 Noyabr 2013, 10:31

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Modern.az-a verilən məlumata görə, gün ərzində Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

 

 

Modern.az  

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU