
“Adi bir kriminal hadisədir. Baş vermiş kriminal hadisədə qeyri-adi heç nə yoxdur. Başqa bölgələrdə də belə hadisələr əvvəllər olub”. Bunu
Modern.az-a açıqlamasında deputat Rəbiyyət Aslanova deyib. Xatırladaq ki, noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində silahlı insident baş verib. Nəticədə Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, Vüsal Əliqayev isə xəsarət alıb. Hazırda Zaqatala ərazisində ciddi polis nəzarəti həyata keçirilir.
Modern.az