Modern.az

Ermənistanın yeni səhiyyə naziri bu şəxs olacaq?

Ermənistanın yeni səhiyyə naziri bu şəxs olacaq?

Dünya

31 İyul 2024, 11:34

Ermənistan hakimiyyəti səhiyyə naziri Anahit Avanesyanın dəyişdirilməsini müzakirə edir.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

 

Qeyd olunub ki, iqtidar uzun müddətdir narazı olduqları nazirin yerinə onun müavini Levon Akopyanı təyin edəcək.

 

Nazirliyin mətbuat katibi nəşrə bildirib ki, onda belə bir məlumat yoxdur, nazirlikdə işlər adi qaydada davam edir.

 

Levon Akopyan ilk dəfə 2019-cu ilin martında nazir müavini təyin edilib, lakin dekabrda vəzifəsindən uzaqlaşdırılıb. 2024-cü ilin martında o, ikinci dəfə bu vəzifəyə təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu