Modern.az

Ərdoğan Haniyənin öldürülməsi barədə: Rüsvayçılıqdır...

Ərdoğan Haniyənin öldürülməsi barədə: Rüsvayçılıqdır...

Dünya

31 İyul 2024, 12:30

"Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəyə qarşı həyata keçirilən xain sui-qəsdi şiddətlə qınayıram".

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Bu, Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa yönəlmiş bir rüsvayçılıqdır”, - o əlavə edib.

 

Qeyd edək ki, Haniyə Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket zərbəsi endirilməsi nəticəsində ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu