Modern.az

“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən sərt MESAJ

“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən sərt MESAJ

31 İyul 2024, 13:06

İran İslam Respublikasının ali rəhbəri ayətullah Xamenei HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində öldürülməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Xamenei İsmayıl Haniyəni Fələstinin cəsur və görkəmli lideri adlandırıb.

Ali rəhbər İslam ümmətinə, Fələstin müqavimət cəbhəsinə, Fələstin xalqına, Haniyənin ailəsinə başsağlığı verib.

Xamenei daha sonra bu hadisədə İsraili günahlandırıb və sərt mesaj göndərib:

“Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhadətə çatdırmaqla bizi kədərləndirdi, eyni zamanda, özü üçün ağır bir cəza hazırladı...
...İslam Respublikası ərazisində baş vermiş bu ağrılı hadisənin qisasını almağı özümüzə borc bilirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB