Modern.az

UNEC-in araşdırması Avropanın nüfuzlu jurnalında dərc olundu

UNEC-in araşdırması Avropanın nüfuzlu jurnalında dərc olundu

Aktual

31 İyul 2024, 13:14

UNEC-in Tələbə İşləri Mərkəzinin Bir Pəncərə şöbəsinin baş mütəxəssisi Nuriyyə Qarayevanın universitetdə tətbiq edilən “Bir Pəncərə” sistemi barədə empirik araşdırması Macarıstanın nüfuzlu Dunaujvarus Universitetinin "Dunakavics" jurnalında dərc olunub.

 

Nuriyyə Qarayeva “Ali Təhsildə “Bir Pəncərə” xidmətinin rolu və konseptual əsası: UNEC nümunəsi” adlı elmi məqalədə rəqəmsal transformasiyalar şəraitində ali məktəb tələbələri üçün "Bir Pəncərə" sistemini UNEC nümunəsində və dinamik göstəricilər əsasında təhlil edib.

 

Xatırladaq ki, tələbə məmnunluğunu təmin etmək məqsədilə 2019-cu ildən UNEC-də “Bir Pəncərə” sistemi fəaliyyətə başlayıb. Tələbələr şəxsi kabinetlərindən “Bir Pəncərə” sisteminə müraciət edərək, tələb olunan istənilən təhsil sənədini ən qısa müddətdə əldə edə bilirlər. Sistemə həftənin 7 günü 24 saat müraciət etmək mümkündür. Hazırlanmış sənəd QR kodla təsdiq olunur və PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir. Arayışlar tələbələrin istəyindən asılı olaraq, azərbaycan dili ilə yanaşı, ingilis dilində də verilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu