Modern.az

AzTV-nin sədr müavini işdən ÇIXDI

AzTV-nin sədr müavini işdən ÇIXDI

31 İyul 2024, 16:08

AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib.

 

O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır.

 

Saytın məlumatında o da qeyd edilib ki, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.

 

Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

 

Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu