Modern.az

Natkotikin təsiri altında "07" sürdü, polis yaxaladı

Natkotikin təsiri altında "07" sürdü, polis yaxaladı

Aktual

1 Avqust 2024, 09:32

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

 

Həmkəndlisinə məxsus avtomobili sürücülük hüququ olmadan idarə edən R.İsayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdəb istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu