Modern.az

Azərbaycan cüdoçusu Parisdə 1/4 finalda

Azərbaycan cüdoçusu Parisdə 1/4 finalda

1 Avqust 2024, 12:58

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib.

 

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycanın aktivində hələlik bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI