2013-cü ilin noyabr ayının 7-8-də Qara Dəniz UniversitetləriŞəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbinin müraciətinə baxılmış və ali təhsil müəssisəsi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinəgörə bu Təşkilata üzv qəbul edilib. Bu haqda Modern.az saytına Bakı Ali Neft məktəbinin mətbuat xidmətindən məlumat verilib.
Qara Dəniz UniversitetləriŞəbəkəsiQara Dənizİqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilmiş 2-ci konfransında təsis olunub. TəşkilatQara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradılıb. Qara Dəniz UniversitetləriŞəbəkəsiQara Dənizİqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s. ) 100-dən artıq universitetini birləşdirir. Bakı Ali Neft Məktəbinin Qara Dəniz UniversitetləriŞəbəkəsinə üzv qəbul edilməsi bu Təşkilatın Baş Katibi professor EdenMamutun ali təhsil müəssisəsinin rektoru ElmarQasımova ünvanladığı məktubla təsdiqlənib.Məktubda Qara Dəniz UniversitetləriŞəbəkəsinin Beynəlxalq Daimi Katibliyinin adından Bakı Ali Neft Məktəbinin tədris və elmi-tədqiqat sahəsində malik olduğu potensialın Təşkilatın fəaliyyətinə layiqli töhfə verəcəyinə əminliklə bildirilib.
Modern.az