Modern.az

Məşhur bazarın yaxınlığında yanğın - Sıxlıq yarandı (VİDEO)

Məşhur bazarın yaxınlığında yanğın - Sıxlıq yarandı (VİDEO)

1 Avqust 2024, 14:58

Bakıda ticarət mərkəzində baş verən yanğın yolda sıxlıq yaradıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza