Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Paris Olimpiadasında növbəti görüşünə çıxıb.
Modern.az xəbər verir ki, komandamız fransızlara 10:15 hesabı ilə uduzub.
Azərbaycan millisi növbəti görüşünü bu gün Almaniya komandasına qarşı keçirəcək. Həmin matç 20:30-da başlayacaq.
Xatırladaq ki, komandamız ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.