Modern.az

Rusiya səfiri Moldova XİN-ə çağırılıb, diplomat arzuolunmaz şəxs elan edilib

Rusiya səfiri Moldova XİN-ə çağırılıb, diplomat arzuolunmaz şəxs elan edilib

1 Avqust 2024, 15:16

Moldova Rusiya səfirliyinin əməkdaşlarından birini ölkəsinə geri göndərib.

 

Modern.az xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyinin məlumatında bu barədə deyilir.

 

Məlumata görə, parlament binasında dünənki axtarışlardan sonra diplomatın diplomatik statusu ilə bir araya sığmayan fəaliyyət göstərdiyi məlum olub.

 

İndi həmin işçi arzuolunmaz şəxs elan edilib və Moldova ərazisini tərk etməlidir, Rusiya səfiri isə izahat vermək üçün XİN-ə çağırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu