Modern.az

Özbəkistanın Qazaxıstandakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Özbəkistanın Qazaxıstandakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Dünya

1 Avqust 2024, 17:16

Özbəkistanın Astanadakı səfirliyi xəbərdarlıq edib ki, bu həftə konsulluq xidmətlərini profilaktik işlər səbəbilə dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.

 

“Özbəkistanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi profilaktik işlərlə əlaqədar 2024-cü il avqustun 5-dən 10-dək vətəndaşların qəbulunu dayandırıb”, - diplomatik nümayəndəliyin rəsmi teleqram kanalında yaydığı açıqlamada deyilir.

 

"Kun.uz" daha əvvəl yazmışdı ki, prezident Şavkat Mirziyoyev avqustun 7-8-də Qazaxıstana dövlət səfəri edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi