Modern.az

Qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün də əlverişsiz olacaq

Qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün də əlverişsiz olacaq

28 Noyabr 2013, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında noyabrın 29-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 02-dək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdləri, güclü şimal-qərb küləyinin cənub-qərb küləyi ilə tez-tez əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

 

 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?