Modern.az

Zəlimxan Məmmədli "İlin Altun Adamı" ödülü aldı

Zəlimxan Məmmədli  "İlin Altun Adamı" ödülü aldı

28 Noyabr 2013, 14:01

Türkiyə Cümhuriyyətindəki Uluslararası İpək Yolu Dərgisi ilin Altun adamları ödülünün sahiblərini müəyyən edib.

10 ildir ardıcıl olaraq gerçəkləşən və beynəlxalq status qazanan İpəkyolu dəlgisi ilin Altun Adamı ödül törənində hər il Türkiyədən başqa 10 ölkədə qabiliyyətli insanlar müxtəlif  kateqoriyalar üzrə ödülə layiq görülürlər.

Bu il 10 nəfər bu ödülə layiq görülüb. İlin yekunlarına görə səmərəli ictimai fəaliyyəti nəzərə alınaraq ilin Altun Adamı ödülünə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zalimxan Adil oğlu Məmmədlidə layiq görülüb. Bu barədə Modern.az-a "Borçalı" İctimai Cəmiyyətinin mətbuat xidməti məlumat verib.

Ödülə layiq görülmüş digər 9 nəfər isə aşağıdakılardır:

İsmayıl Aytəmiz – Aytəmiz Şirkətlər Qrupu başkanı

Cemal Yanğın – Azərbaycan – Türk iş adamları Birliyi başkanı

Canseyir Tüynebayev – Qazaxıstan böyükelçisi

Adil Bağırov – ABŞ-da seçimlə görəv alan ilk Azərbaycan vətəndaşı

İslam Şahbendarov – Axıska Türk Amerika Toplum Mərkəzi Başkanı

Turqut Torunoğulları – Deik Avropa bölgə başkanı

Arif Butuç – Kosova – Mamuşa Bələdiyyə Başkanı

İlyas Dəmirçi – Türk Dünyası Mühəndislər və Memarlar Birliyi qurucusu

Bundan əvvəllər həmin ödülə layiq görülənlər arasında Türkiyə Cümhurbaşkanı Abdullah Gül, Başbakan Yardımçısı Bülənt Arınc, Məclisin əski Başkanı Ali Şahin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, TOBB başkanı Rifat Hisarcıklıoğlu, Başqırdistan Başkan yardımçısı Zöhrə Rahmatullina, sənətçi Hülya Koçigit və Orxan Gəncəbay və bir sıra ölkələrdən tanınmış isimlərə verilib.

İpəkyolu Altun Adamlar ödülü 2014-cü ilin yanvar ayında İstanbulda Polat Renessans Hoteldə keçiriləcək möhtəşəm törəndə sahiblərinə təqdim ediləcək.

Ödül törəninə Türkiyədən başqa ABŞ, Hollandiya, Azərbaycan, Qazaxstan,Ukrayna, Qırğızıstan, Türkmənistan, Makedoniya, Kosova, Bosnia-Hersoqovaniya, Moldova və Gürcüstandan önəmli qonaqlar qatılacaq. Törənə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılması gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU