Modern.az

Akif Nağı QAT-ın nümayəndə heyətini Tiflisə apardı

 Akif Nağı QAT-ın nümayəndə heyətini Tiflisə apardı

Təhsil

28 Noyabr 2013, 14:15

Azad Qarabağ Uğrunda Alyansın nümayəndə heyəti “Qarabağ Təbliğat Turu” çərçivəsində Gürcüstana yola düşüb. Üç gün çəkəcək səfər zamanı müxtəlif səviyyələrdə görüşlərin, dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulur. Səfərdə məqsəd yerli əhalinin Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılması, Azərbaycanın haqq işinə ictimai dəstəyin gücləndirilməsi, qonşu ölkənin vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Səfərin Tiflis, Marneul, Qardaban və digər əraziləri əhatə edəcək. Nümayandə heyətinə Alyansa üzv olan təşkilatların təmsilçiləri, o cümlədən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Milli Mədəniyyətin Təbliği  Birliyinin sədri Jalə Cəfərova, Mina Qurbanlarına Dəstək Birliyinin sədri Məmmədhədən Həsənov, “Borçalı” cəmiyyətinin təmsilçisi İsrafil Bayramov, QAT sədrinin müavini Sərvər Musa, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy və digərləri daxildir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU