Modern.az

Vilnüsdə “Şərq tərəfdaşlığı” ölkələrinin iki günlük sammiti açılıb

Vilnüsdə “Şərq tərəfdaşlığı” ölkələrinin iki günlük sammiti açılıb

28 Noyabr 2013, 14:23
Noyabrın 28-də Vilnüsdə “Şərq tərəfdaşlığı” ölkələrinin ikigünlük sammiti açılıb.
 
Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, sammitdə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyi ilə ikitərəfli sazişləri müzakirə edəcək və imzalayacaq.
 
Forumda 34 ölkənin dövlət başçıları və nazirləri səviyyəsində nümayəndələr, Avropa Birliyi rəhbərliyi qatılır.
 
Noyabrın 21-ədək Ukraynanın Avropa Birliyi ilə assosiasiya və azad ticarət haqqında geniş saziş imzalayacağı gözlənilirdi. Elə həmin tarixdə Ukrayna hakimiyyəti prosesin dondurulması barədə qərar qəbul edib.
 
Gürcüstan kimi Moldovanın da Avropa Birliyi ilə assosiasiya haqqında saziş  imzalamağı gözlənilir.
 
Azərbaycan Vilnüsdə Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi haqda saziş imzalaya bilər. 

Sammitlə paralel vətəndaş cəmiyyəti nümayəndələrinin toplantısı da keçirilir. Toplantıda Azərbaycandan Emin Hüseynov, Zöhrab İsmayıl, Vüqar Bayramov, Leyla Əliyeva və başqaları iştirak edir.
 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU