Modern.az

Prokuror Qurban Məmmədova 3 il həbs cəzası istədi

Prokuror Qurban Məmmədova 3 il həbs cəzası istədi

Təhsil

28 Noyabr 2013, 14:26


Noyabrın 28-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses davam etdirilib.

“Azadliq” qəzetinin məlumatına görə, prosesdə Qurban Məmmədov və vəkili Süleyman Qasımov vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyiblər. Vəsatətlər təmin olunmayıb və məhkəmə istintaqının bitdiyinə dair əvvəlki qərar qüvvədə saxlanıb.

Bundan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.

Məhkəmə Qurban Məmmədovun vəkilinin çıxışı üçün fasilə götürüb. Növbəti proses dekabrın 3-nə təyin olunub.

Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU