Modern.az

Fidan Haniyənin xələfi və oğullarına başsağlığı verib

Fidan Haniyənin xələfi və oğullarına başsağlığı verib

2 Avqust 2024, 11:56

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimində iştirak üçün Qətərin paytaxtı Dohada səfərdədir.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Fidan HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Xalid Məşala başsağlığı verib.

 

Fidan həmçinin Haniyənin oğullarından Abdussalam və Həmmam Haniyə qardaşları ilə də görüşüb.

 

Xatırladaq ki, Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçməsində iştirak üçün səfər etdiyi Tehranda qaldığı evin raket atəşinə tutulması nəticəsində ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama