Modern.az

Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Təhsil

28 Noyabr 2013, 15:38

Modern.az xəbər verir ki, bu gün maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bruce Davisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fakir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb,, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

S.Şərifov AİB-nın RəhbərlərŞurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən aparılan işlər barədə məlumat verib. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən Bruce Davis Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU