Modern.az

Ötən ay 35 əcnəbi Gürcüstandan xaric edilib - Azərbaycanlılar da var

Ötən ay 35 əcnəbi Gürcüstandan xaric edilib - Azərbaycanlılar da var

Dünya

2 Avqust 2024, 14:32

Bu ilin iyul ayında Gürcüstandan 35 əcnəbi çıxarılıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsindən verilən məlumatda bu barədə deyilir.

 

Bunlar Azərbaycan, İran, Türkiyə, Çin, Özbəkistan, Nigeriya, Misir, Hindistan, İordaniya və İrlandiya vətəndaşları olub.

 

Məlumata görə, onların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə ölkədən çıxarılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi