Modern.az

Ankarada yaşayan azərbaycanlı jurnalistdən Mədəniyyət Mərkəzinə hədiyyə...

Ankarada yaşayan azərbaycanlı jurnalistdən Mədəniyyət Mərkəzinə hədiyyə...

2 Avqust 2024, 16:28

Ankarada yaşayan azərbaycanlı fəal, jurnalist İlhamə Qasımlı Azərbaycan Mədəniyyət Mərkəzinə uşaqlar üçün 26 rəqs geyimi hədiyyə edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Ankaradakı Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov jurnalist İlhamə Qasımlını qəbul edərək, bu nəcib təşəbbüs, hədiyyə və milli mədəniyyətimizin təbliğinə verdiyi töhfəyə görə öz təşəkkürünü bildirib.

Samir Abbasov qeyd edib ki, hədiyyə edilən uşaqlar üçün milli rəqs geyimləri Mərkəzin Rəqs Dərnəyinin uşaqlarına veriləcək.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyə məktəbləri arasında Azərbaycan mədəniyyətinin təbliği layihəsi çərçivəsində 26 ədəd Azərbaycan milli rəqs geyimi hazırlanaraq İlhamə Qasımlının rəhbərlik etdiyi layihəyə verilib. Layihə başa çatdıqdan sonra sözügedən geyimlər istifadəsiz qalıb.

Xatırladaq ki, jurnalist İlhamə Qasımlı 2018-ci ilin dekabrından Azərbaycan və Türkiyə məktəbləri arasında bir layihə başlatmışdı. Bu, Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu adına məktəbdəki Yasemin Erdoğanın sinif rəhbəri olduğu 3d sinif şagirdləri ilə Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 3c sinfinin şagirdləri arasında “məktub dostluğu layihəsi” idi.
Layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəblərinin şagirdləri məktublaşıblar. 
Bir neçə il davam edən layihə hər iki ölkənin təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər