Modern.az

Vilnüs sammitindən xəbər var - Vüqar Bayramov Litvadan yazır

Vilnüs sammitindən xəbər var - Vüqar Bayramov Litvadan yazır

28 Noyabr 2013, 16:06


Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının görüşü keçirilir.
Vilnüs görüşündə Aİ üzvü olan 29 ölkənin rəhbərləri, habelə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın hökumət başçıları və nazirlər iştirak edirlər. İkigünlük görüşdə 34 ölkənin hökumət başçıları və nazirlər Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi problemlərini müzakirə edəcək, onun gələcəyini planlaşdıracaqlar.
Noyabrın 28-də Prezident Dalya Qribauskayte, Aİ Rəhbərləri Şurasının sədri German Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə əlaqələndirmə müşavirəsi keçiriləcək. Müşavirədə Ukraynada vəziyyət müzakirə ediləcək, Şərq Tərəfdaşlığının perspektivləri barədə ümumi mövqe razılaşdırılacaq.
Bundan əlavə, Aİ-nin bütün rəhbərlərinin əlaqələndirmə görüşünün keçirilməsi və həmin görüşdə Şərq Tərəfdaşlığı proqramının sonrakı gedişinə dair qəti qərarlar qəbul edilməsi təklif olunur.
Rəhbərlərin Vilnüs görüşünün son məqamları işgüzar nahar zamanı müəyyən olunacaq. Burada Aİ-nin 28 rəhbəri və nazirlər, Aİ ölkələrinin Rəhbərləri Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentlərinin sədrləri, habelə Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan 6 ölkənin rəhbərləri və nazirləri iştirak edəcəklər.
Cümə axşamı başlanacaq Vətəndaş Cəmiyyəti Konfransında Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyəti liderləri, ekspertlər və şərqçilər Avropa ölkələrində vətəndaş cəmiyyətinin üzləşdiyi çağırışları müzakirə edəcəklər.
Noyabrın 29-da Şərq Tərəfdaşlığı ölkələri ilə sazişlər imzalanacaq, plenar sessiyada 34 ölkənin liderləri və nazirləri Şərq Tərəfdaşlığı proqramının icrasında tərəqqi, onun perspektivləri və məqsədləri mövzusunda müzakirələr aparılacaqdır. Plenar sessiyadan sonra mətbuat konfransı keçirilməsi planlaşdırılır.
Vilnüs sammitində Aİ üzvü olan bütün ən iri dövlətlərin rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin və Fransa Prezidenti Fransua Ollandın iştirak etməsi gözlənilir.

Sabah Azərbaycan Prezidentinin də iştirak etdiyi Vilnius Samiti dövlət başçıları səviyyəsində işini davam etdirəcək. Azərbaycan ilə Avropa Birliyi arasında viza sadələşdirilməsi və riadmisiya haqqında anlaşma noyabrın 29-da imzalanacaq. Bu anlaşma imkan verəcək ki, Azərbaycan vətəndaşları daha sadə şərtlər ilə Şengen viza alsınlar. Eyni zamanda viza haqqları 60 avropdan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ildək uzun müddətli Şengen vizası almaq hüququna mailk olacaq. Müəyyən kateqoriya o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək.

Sammitlə paralel vətəndaş cəmiyyəti nümayəndələrinin toplantısı da keçirilir. Toplantıda Azərbaycandan Emin Hüseynov, Zöhrab İsmayıl, Vüqar Bayramov, Leyla Əliyeva və başqaları iştirak edir.

Hazırda Litva paytaxtında olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Facebook səhifəsində Şərq tərəfdaşlığı ölkələrinin Vilnüs sammitinin gedişi barədə yazıb.

“Bü gün eyni zamanda ilk dəfə olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyəti ilə bağlı müsbət fikirləri bölüşəcəm. Xatırladım ki, Vilnius Samiti çərçivəsində bu gün Biznes Forumu təşkil edilir. Forumda Azərbaycani İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev təmsil edir. Forumun ilk panelində çıxış edənlər arasında azərbaycanlı nazlr də var idi. Azərbaycalı spikerə Azərbaycan Avropa Birliyi və eləcə də Azərbaycan Rusiya münasibətləri ilə bağlı siyasi baxımdan kifayət qədər dolaşıq suallar verildi. Təqdirə layiq haldır ki, Azərbaycanlı təmsilçi suallara olduqca diplomatik cavablar verdi və etiraf edim ki, verilən cavablar mənim üçün məqbul oldu. Azərbaycanlı nazir eyni zamanda Azərbaycan ilə Avropa Birliyi və o cümlədən Rusiya arasında qeyri-neft sektorunda aparılan əməkdaşlıq barədə məlumat verdi.

Qeyd edim ki, Vilnusda keçirilən biznes forumda Şərqi Tərəfdaşlıq ölkələrinin iqtisadiyyat nazirləri, iş adamları və ekspertlər iştirak edir. Eyni zamanda Avropa Birliyi ən yüksək bu qurumun prezidenti səviyyəsində təmsil olunur. Forumda eyni zamanda Azərbaycan ilə Litva arasında biznes sahəsində əməkdaşlıq ilə bağlı memorandium da imzalandı.
Forum digər nazirlərinin, biznes nümayəndələrinin və ekspertlərin çıxışı ilə davam edır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU