Modern.az

Bayrağımız 7 ildən sonra Dövlət Bayrağı Meydanında - VİDEO+FOTO

Bayrağımız 7 ildən sonra Dövlət Bayrağı Meydanında - VİDEO+FOTO

Ölkə

2 Avqust 2024, 16:40

Azərbaycanın bayrağı Dövlət bayrağı Meydanındakı yerinə qaytarılıb.

 

Modern.az xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkə platformalarında yayılıb.

 

Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

 

Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.

 

Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. 2017-ci ildən söküntüsünə başlanılan və yeni dirəyin quraşdırıldığı meydanda bu gün bayraq qaldırılıb.

 

Hazırda bayrağın test məqsədilə qaldırıldığı bildirilir.

13688161368815

1368814

1368812

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi