Modern.az

“İstanbulda erməni icması ilə görüşü bizim adımıza bağlamaq düz deyil”

“İstanbulda erməni icması ilə görüşü bizim adımıza bağlamaq düz deyil”

28 Noyabr 2013, 16:40

Dağlıq Qarabağın Azərbaycanlı İcması İstanbulda Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti ilə Ermənistanın Qadın Mərkəzinin birgə təşkil edəcəyi azərbaycanlı və erməni icmaları arasında görüşün onların adı ilə bağlanmasına etiraz edib. Bu barədə Modern.az-a icmanın rəhbəri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

B.Səfərovun sözlərinə görə, Qarabağın Azərbaycanlı İcmasının bu görüşdən xəbəri yoxdur. Buna baxmayaraq o, belə təmasları müsbət qarşıladıqlarını deyib. 

“Belə görüşlər nə qədər çox keçirilsə, o qədər səmərəli olar. Ancaq mənim icmanın hər hansı növbəti görüşü ilə bağlı məlumatım yoxdur. Ona görə də bu görüşün icmanın adına bağlanmasını düzgün hesab etmirəm”-deyə B. Səfərov qeyd edib.

Qeyd edək ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu APA-ya açıqlamasında bildirib ki, İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş olacaq. Onun sözlərinə görə görüş, rəhbərlik etdiyi  təşkilat və  Ermənistanın Qadın Mərkəzinin birgə  təşəbbüsü ilə  1-5 dekabr tarixlərində İstanbulda baş tutacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU