Modern.az

Bu gün Parisdə 2 idmançımız və basketbol komandamız çıxış edəcək

Bu gün Parisdə 2 idmançımız və basketbol komandamız çıxış edəcək

3 Avqust 2024, 08:40

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

 

Modern.az-ın məlumatına görə, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.

 

Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

 

Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI