Modern.az

Uşaqlar üçün təhlükə mənbəyi

Uşaqlar üçün təhlükə mənbəyi

28 Noyabr 2013, 20:30

Mobil telefonlar can rahatlığından başqa qat-qat artıq təhlükə mənbəyi hesab edilir

Mobil telefon müasir insanın həyatını daha da rahatlaşdırmaq üçün ən gözəl vasitələrdən biridir. İldən ilə daha da təkmilləşdirilən bu qurğu əslində vaxtımıza qənaət etməkdə əvəzsiz xidmət göstərir.

Əvvəllər uzaq məsafədə yaşayan insanlar qohumlarla danışmaq üçün saatlarla telefon poçtlarında gözləməli olurdu. İndi isə həmin danışıq məntəqələrinə getməyə ehtiyac qalmayıb. Çünki uşaqdan tutmuş böyüyə hər kəs yeri gəldi gəlmədi mobil telefonlardan istifadə edir. Saatlarla danışnır, oyunlar oynayır və bir çox məqsədlər üçün istifadə edir. Hətta mobil telefonlar vasitəsilə bir çox cinayətlərin üstü açılır. Bəli. Bu, əslində sirr olsa da, faktdır.

Amma mobil telefonlar can rahatlığından başqa qat-qat artıq təhlükə mənbəyi hesab edilir. Bəzən telefonla danışanda bir çox insan kəskin baş ağrıları hiss edir, kiminsə sanki dili ağzında quruyur, boynunun ardı ağrayır, gözləri göynəyir. Düşünməmisiz? Bəlkə mobil telefonla çox danışırsız? Özü də qulaqcıqsız..

Nevropotoloq, Rasim İbişov ANS TV-yə bildirib: “Beynin fəaliyyətini şüalanma hesabına gərginləşdirir və belə insanlarda yəni aqresiya, beyin qabığında qıcıqlanma, yəni gərginlik formalaşır. Bu birbaşa şüalanmanın hesabına çatan kimi beyində ağrı ola bilmir. Yəni bu uzun müddətli şüalanmanın hesabına ola bilər”.

Bəzən valideyinlər uşağı sakitləşdirmək, yaxud başını qatmaq üçün mobil telefonları oyuncaq əvəzinə uşağın əlinə verirlər. Bu zaman şüalanmanın da qurulmaqda olan körpə orqanizmə mənfi təsirini nəzərə almırıq. Çünki mobil telefonlardan vaxtaşırı istifadə yaşlı insanlarda və azyaşlı uşaqlarda şüalanma daha ağır fəsadlarla nəticələnə bilər. Tibbdə belə bir məlumatlar da var ki, insan orqanizmində müəyyən orqanik dəyişikliklər baş verir, şüalanma zamanı mübadilə sürətlənir, hər hansı xoşxassəli şişlərin aktivləşərək bədxassəli şişlərə çevrilə bilər.

Bu səbəblərdən mütəxəsislər mobil telefonlarla bacardıqca az təmasda olmağa, yalnız rabitə vasitəsi kimi istifadə etməyi məsləhət görürlər. Xüsusilə yatarkən telefonları söndürməklə şüalanmanın təsirini azaltmaq mümkündü. Amma telefonu söndürmək mümkün deyilsə də gecəlik, onu nə qədər uzaq qoysanız, bir o qədər yaxşıdır. Həmçinin bacardıqca qulaqcıqlardan istifadə edin”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU