Modern.az

Özbəkistanda İqlim Şurası yaradılır

Özbəkistanda İqlim Şurası yaradılır

Dünya

3 Avqust 2024, 14:30

Özbəkistan Prezidenti yanında İqlim Şurası yaradılacaq.

 

Modern.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.

 

Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.

 

Şuranın əsas vəzifələri Özbəkistanın BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il tarixli Çərçivə Konvensiyası və 2015-ci il tarixli Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinin monitorinqindən ibarət olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu