Modern.az

Müdafiə müəssisəsində partlayış

Müdafiə müəssisəsində partlayış

Dünya

3 Avqust 2024, 18:28

Serbiyadakı “Kruşik” müdafiə sənayesi müəssisəsinin sexlərinin birində partlayış baş verib, yeddi nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Veçerne novosti” portalı yazır.

 

Valevo şəhər polisinin məlumatına əsasən, müəssisənin sexində partlayış zamanı 20 işçi olub, onlardan yeddisi müxtəlif travmalarla həkimlərə müraciət edib.

 

“Kruşik” Serbiya müdafiə sənayesinin ən böyük müəssisələrindən biridir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu