Modern.az

51 yaşlı kişi qətlə yetirildi 

51 yaşlı kişi qətlə yetirildi 

4 Avqust 2024, 08:39

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi