Modern.az

Çində torpaq sürüşməsi - 4 nəfər ölüb, onlarla insan itkin düşüb

Çində torpaq sürüşməsi - 4 nəfər ölüb, onlarla insan itkin düşüb

Dünya

4 Avqust 2024, 13:38

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.

 

Modern.az “Xinxua” agentliyinə istinadən xəbər verir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

 

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü, 23 nəfərin itkin düşdüyünü təsdiqləyib.

 

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu