Modern.az

Parisdə sular durulmur - Triatlonçuların məşqi yenidən ləğv edildi

Parisdə sular durulmur - Triatlonçuların məşqi yenidən ləğv edildi

4 Avqust 2024, 13:47

Paris Olimpiadasında triantlonçuların məşqləri yenidən ləğv edilib.

 

Modern.az "Paris-2024"ün mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb kimi Sena çayında suyun keyfiyyətinin aşağı olması göstərilib.

 

Paris olimpiadasının təşkilatçılarının bəyanatında suyun yararsız hala düşməsinə leysan yağışların səbəb olduğu bildirilib.

 

Qeyd edək ki, "Paris-2024"ə avqustun 11-də yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI