Modern.az

Daşkəsəndəki qətllə bağlı rəsmi açıqlama 

Daşkəsəndəki qətllə bağlı rəsmi açıqlama 

İdman

5 Avqust 2024, 00:16

Avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daşkəsən rayon prokurorluğundan məlumat daxil olub.

 

Qeyd olunub ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.

 

İbtidai istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu