Modern.az

İran və Hizbullah yaxın 24 saat ərzində İsrailə hücum edə bilər - Blinken

İran və Hizbullah yaxın 24 saat ərzində İsrailə hücum edə bilər - Blinken

Dünya

5 Avqust 2024, 09:58

"İran və Hizbullah yaxın 24 saat ərzində İsrailə hücum edə bilər".

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

 

Söhbətdən xəbəri olan üç mənbənin "Axios"a verdiyi məlumata görə, ABŞ dövlət katibi G7-dəki həmkarlarına deyib ki, İran və Hizbullahın İsrailə hücumu bazar ertəsi başlaya bilər.

 

Mənbələr bildiriblər ki, Blinken ABŞ-ın İran və Hizbullahın qisas alacağına inandığını vurğulayıb.

 

"Birləşmiş Ştatlar hücumların dəqiq nə vaxt başlayacağını bilmir, lakin onlar növbəti 24-48 saat ərzində, yəni bazar ertəsi başlaya bilər", - Blinken qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu