Modern.az

Regional Təhsil İdarəsi bu qurumu məhkəməyə verdi

Regional Təhsil İdarəsi bu qurumu məhkəməyə verdi

5 Avqust 2024, 12:19

Qarabağ Regional Təhsil İdarəsi məhkəməyə müraciət edib.

 

Modern.az xəbər verir ki, təhsil idarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional Ərazi İdarəsinin qərarından şikayət edib.

 

Qarabağ Regional Ərazi İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsini pozduğu iddia edilir.

 

İşə hakim Fərman Abdullayevin sədrliyi il baxılacaq.

 

Qeyd edək ki, sözügedən maddə üzrə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!