Yeni Zaman Partiyasının sədri Musa Ağayevin növbədənkənar Parlament seçkilərində namizədliyi qeydə alınıb.
Bu barədə Modern.az-a onun özü məlumat verib.
O qeyd edib ki, 118 saylı Ağdam-Xocalı seçki dairəsindən namizəd olub:
“Seçkilərdə iştirak etmək üçün partiyamızdan ümumilikdə 20 nəfər müraciət edib. 2 nəfərin namizədliyi təsdiq edilib. Təsdiqlənən digər üzv 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəddir”.