Modern.az

Baş nazir etirazlardan sonra istefa verdi

Baş nazir etirazlardan sonra istefa verdi

Dünya

5 Avqust 2024, 13:45

Banqladeşin baş naziri Şeyx Hasina istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Yerli mənbələr onun Finlandiyaya getdiyini bildirib.

 

Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkədə və bütün ölkə daxilində bazar günü tələbə hərəkatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra etirazlar və nümayişlər başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib.

 

 İğtişaşların gedişində 94-ü bazar günü olmaqla, azı 300 nəfər həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu