Modern.az

Mirziyoyev qısamüddətli məzuniyyətdən QAYIDIB

Mirziyoyev qısamüddətli məzuniyyətdən QAYIDIB

Dünya

5 Avqust 2024, 14:10

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 10 gün davam edən qısamüddətli məzuniyyətdən qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov məlumat verib.

 

“Bu həftə dövlətimizin başçısı yanında sosial-iqtisadi gündəliyin mühüm məsələlərinə dair bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

 

Mirziyoyevin planlarına əsasən, onun Qazaxıstana dövlət səfəri, həmçinin Astanada Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət Görüşündə və “Mərkəzi Asiya+Yaponiya” formatında keçiriləcək sammitdə iştirakı nəzərdə tutulub.

 

Yaponiyanın baş naziri Fumio Kişidanın həftənin sonunda Özbəkistana rəsmi səfəri gözlənilir.

 

"Kun.uz" bir müddət əvvəl Şavkat Mirziyoyevin qısamüddətli məzuniyyətə getdiyini yazmışdı.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu