Modern.az

"Paris-2024": Güləşçimiz yarımfinalda 

"Paris-2024": Güləşçimiz yarımfinalda 

İdman

5 Avqust 2024, 19:59

Azərbaycanlı güləşçi Sabah Şəriəti Paris-2024-də yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, o, qazaxıstanlı rəqibi Alimxan Sızdıkova 4:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, təmsilçimiz finala gedən yolda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələcək.

 

***

17:39

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

 

Modern.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/8 final mərhələsindən başlayıb.

 

Estoniyalı Heyki Nabi ilə güləşən Sabah Şəriəti rəqibinə qalib gələrək 1/4 final mərhələsinə adlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI