Modern.az

Milli Məclisin deputatları qədim Ellada torpağından qayıdıb - FOTOLAR

Milli Məclisin deputatları qədim Ellada torpağından qayıdıb - FOTOLAR

29 Noyabr 2013, 13:35

Bu günlərdə Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləri Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Azər Badamov, Nazim Fərəcov, İqbal Məmmədov Yunanıstan Parlamentinin dəvəti ilə bu ölkəyə səfər ediblər.

Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli Modern.az-a açıqlamasında səfərlə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə göeə, səfər zamanı azərbaycanlı deputatlar Yunanıstan Respublikasının parlamenti və hökuməti ilə bir sıra əhəmiyyətli görüşlər keçirib.

Nümayəndə heyəti Yunanıstan parlamentinin sədr müavini Xristos Markoqiannakosla, Parlamentin Sosial siyasət, Milli Təhlükəsizlik və Xarici Əlaqələr, İnsan hüquqları komitələrinin sədrləri və üzvlərilə səmərəli görüşlər keçirib. Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dimitrios Kiriziadis qrupun üzvləri ilə azərbaycanlı həmkarlarını tanıdıb və səfər boyu dostlarını müşayiət edib.

Səfər yüksək səviyyəli icra hakimiyyətinin rəhbərləri ilə keçirilən görüşlərlə daha maraqlı olub. Afinada səhiyyə naziri Adonis Qeorqiadis, İctimai Təhlükəsizlik nazirliyinin baş katibi Patroklos Qeorqiadis, turizm naziri Olqa Kefalogianni, ətraf mühit və energetika naziri Yannis Maniatis, xarici işlər nazirinin müavini Dimitris Kurkulasla konstruktiv danışıqlar aparılıb.

Yüksək səviyyəli görüşlərdə parlamentlərarası dostluq qrupunun gələcək fəaliyyətindən, gələn il Yunanıstanın Avropa İttifaqına sədrlik perspektivlərindən, TAP enerji proyektinin iqtisadi səmərəliliyindən, turizm sahəsində əməkdaşlığın daha da artıralacağı ilə bağlı danışıqlar aparılıb.

Eyni zamanda, ölkə ilə daha yaxından tanışlıq məqsədilə maraqlı mədəni kütləvi proqramlar da həyata keçirilib.

Səfərin yüksək səviyyədə hazırlanmasında və həyata keçirilməsində, Yunanıstan Parlamentinin, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev və diplomatik missiyanın digər əməkdaşları böyük mütəşəkkillik nümayiş etdirib.




Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU