Modern.az

Azərbaycan taekvondoçusundan inamlı qələbə

Azərbaycan taekvondoçusundan inamlı qələbə

İdman

7 Avqust 2024, 14:42

Azərbaycan taekvondoçusu Qaşın Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu