Modern.az

Ağcabədidə Prezident təqaüdçüsü olan tələbələrin valideynləri ilə görüş keçirilib- FOTOLAR

Ağcabədidə Prezident təqaüdçüsü olan tələbələrin valideynləri ilə görüş keçirilib- FOTOLAR

29 Noyabr 2013, 15:28

Modern.az xəbər verir ki, noyabrın 29-da Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri ilə  Ağcabədi şəhərində  görüş keçirib. Görüşdə Ağcabədi rayonu İcra hakimiyyətinin, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Zərdab və Laçın rayon Təhsil şöbələrinin nümayəndələri, orta təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, həmçinin ali və orta ixtisas təhsili müəssisələrindən 70-ə qədər nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən TQDK-nın Ağcabədi Regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin valideynlərini, müəllimlərini yetirmələrinin təhsildə qazandıqları yüksək nailiyyətlər münasibəti ilə təbrik edib və bildirib ki, bu tələbələr ali təhsil müəssisələrində oxuduqları müddətdə də yüksək nəticələr əldə edəcəklər. Onlar gələcəkdə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər üçün də örnəkdir. Tədbirdə Ağcabədi şəhər 5 saylı tam orta məktəbin məzunu, 605 balla Azərbaycan Müəllimlər İnstitunun Ağcabədi filialının «Azərtbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasına qəbul olmuş Bayramova Nigar çıxış edib. Çıxışlarda “Abituriyent” jurnalının hər il xüsusi bir sayının qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərə həsr olunması, burada onların ictimaiyyətə daha yaxından tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə materialların, müsahibələr və məqalələrin verilməsi, hər bir yüksək ballı abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb haqqında məlumatların təqdim olunması, həmçinin onların arzu, rəy, təklif və şagirdlərə tövsiyələrinin dərc edilməsi böyük tərbiyəvi əhəmiyyət kəsb edən işdir.  Tədbirdə iştirak edən valideynlər, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri bu cür görüşlərin təşkili üçün TQDK-nın rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda valideynlərə və qəbul imtahanlarında şagirdləri yüksək nəticə göstərmiş məktəblərə müxtəlif hədiyyələr təqdim olunub.  

 

Qeyd: 1 nəfər Ağcabədi şəhərindən, 1 nəfər də Füzuli rayonunun Horadiz şəhərindən Prezident təqaüdünə layiq görülüb.

Ağcabədi RB-nin kurasiyasında olan Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Zərdab və Laçın rayonlarından ümumilikdə 80 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb.

 

 

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU