Modern.az

Parisdə iki azərbaycanlı qarşılaşacaq

Parisdə iki azərbaycanlı qarşılaşacaq

7 Avqust 2024, 15:47

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Modern.az xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI