Modern.az

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox ARTIB

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox ARTIB

7 Avqust 2024, 17:12

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib.

 

Modern.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

 

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8 709 olub.

 

BFB-nin dövriyyəsinin 76,6 %-i, yaxud 18 milyard 243,220 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.

 

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5 % artaraq 4 329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8 % artaraq 1 milyard 254,939 milyon manat olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi