ADA Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistartura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.
Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.
Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura proqramının təkibində həyata keçiriləcək. Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.
Modern.az